"Qardaş Türk xalqının yarısından çoxu bu gün ölkədə keçirilən Konstitusiya dəyişikliyinə HƏ deməklə , bir daha öz taleyinə sahib çıxdı."

Unikal.org-un məlumatına görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov aprelin 16-da Türkiyədə keçirilən referendumun nəticələrinə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, Türkiyə dövlətinin tarixində olduqca böyük və mühüm hadisə olan bu Konstitusiya dəyişiklikləri bir daha Türk xalqının bu tarixi sınaqdan da qalib çıxdığını nümayiş etdirdi: "Artıq ölkə üzrə seçki qutularının demək olarki hamısı açılıb və seçicilərin 52 faizi Türkiyə Prezidenti Receb Teyyub Ərdoğan tərəfindən Konstitusiya dəyişikliyi ilə bağlı Referenduma çıxarılmış 18 maddə üzrə dəyişikliyi dəstəkləyib. Türkiyə xalqının birliyinə və daha da güclənməsinə səbəb olacaq bu tarixi qərar münasibətilə qardaş Türkiyəmizi təbrik edirəm".