"Eurovision təmsilçilərimizdən olan Səmra Rəhimli açıq-saçıq geyimlərini tənqid edənlərə cavab verib.
Unikal.org-un məlumatına görə, müğənni "Bu bizik, Toliklə verilişində deyib ki, uşaqlıqdan anası ona qısa ətək geyinməyə icazə verib:
"Anam bizə düzgün tərbiyə və azadlıq verib. Qısa geyinmək istəyəndə anam qadağa qoymurdu. Gedib məktəbdə ətəyimi qısaltmırdım, dərsdən qaçıb kafelərdə gəzmirdim. Əsas odur ki, mən düzgünəm. Səmra səhnədə soyunur, başqa yerdə yox.