Türkiyəli aktrisa Handan Kara vəfat edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən aktrisa 78 yaşında dünyasını dəyişib.
H.Kara 1939-cu ildə İstanbulun Bakırköy rayonunda dünyaya gəlib. Karyerasına TRT radiosunun İstanbul şöbəsində səs sənətçisi olaraq başlayıb. O, filmlərdə Türkan Şoray kimi bir çox məşhurları səsləndirib.
Sənətçi "Ver Allahım Ver", "İşte Deve, İşte Hendek" adlı filmlərdə də rol alıb.