Ustad şair Vaqif Bayatlı Odərin səhhəti yenidən Türkiyə tibbinə həvalə olunacaq.

"Bir neçə ay öncə Vaqif müəllim beyin əməliyyatı keçirdi. Bildiyiniz kimi uğurlu oldu əməliyyat. Həkimiylə danışdıq bu günlərdə, nəzarət baxışı üçün bu ayın sonu yenidən Türkiyəyə gedəcəyik. Səhhəti imkan verərsə, ürək əməliyyatı olunmalıdır bu dəfə.

Unikal.org xəbər verir ki, bu sözləri Teleqraf.com-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı danışıb. "Bəs hazırda şairin vəziyyəti necədir sualına isə Tamam Bayatlı belə cavab verib: "Hazırda psixoloji olaraq özünü əməliyyata hazırlayır. Məndən başqa heç kimlə ünsiyyətə girmir. Həddindən artıq həssas olub bu aralar...".