Azərbaycanda və Türkiyədə yeni terror hadisələrinin planlaşdırılması barədə xüsusi xidmət orqanlarına istinadən xəbərlər yayıldı.
Unikal.org xəbər verir ki, Lent.az-ın bir az əvvəl verdiyi məlumatda (5 İŞİD-çi "şəhidlik növbəsi"ndə: Azərbaycanın adı var...) Azərbaycan üçün diqqət çəkən bir məqam var. Bildirilir ki, Rusiya Federasiyası pasportu daşıyan, Azərbaycan əsilli İsa Tupolov adlı daha bir terrorçu Suriyanın Rai bölgəsindədir. Həmin terrorçunun Türkiyə və Azərbaycanda terror hadisələrini planlaşdırdığı məlumatları var.
Bəs Azərbaycan bu terrordan necə sığortalanacaq? Bu xəbər ölkəmizdə xüsusi xidmət orqanlarının diqqətini çəkdimi? Bu suallara aydınlıq gətirmək üçün Lent.az Dövlət Təhlükəsizlik Xidmətinin ctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevlə əlaqə saxladı. DTX-ın sözcüsü bildirib ki, mətbuatda yayımlanan xəbərləri izləyirik:
" O, cümlədən yayılan bu xəbərdən də məlumatlıyıq. KİV-də yayılan bütün məlumatlarla bağlı araşdırma aparırıq".