"Dünyada baş verən hadisələr fonunda Azərbaycanda indiyə qədər məzhəb və din zəmnində hər hansı bir problemin olmamasının özü Azərbaycanda olan bu münasibətlərin dünyaya təqdim edilməsini zəruri edir.

Unikal.org bildirir ki, bu fikirləri Mənəvi Dünya ictimai birliyinin sədri, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli "Kultura Plus televiziyasının efirində "Zamanın çağırışı verilişində səsləndirib.
O, bildirib ki, baş verən hadisələr fonunda İslam Dünyası öz düşüncələrini təftiş etmək üçün fürsət qazanır: " Anlayır ki, belə davam etmək mümkün deyil. Özünütəftişin nəticəsində də yeni alternative inkişaf yolları axtarır. Dünyada baş verən proseslərin gündəmə gətirməsi təbiidir. Azərbaycanın məhz bu təşəbbüslə çıxış etməsi tarixi bir hadisədir. Çünki Azərbaycan təkcə dildə yox, əməldə də həmrəyliyə sadiq olduğunu əsrlər boyu sübut edib. Dünyada baş verən hadisələr fonunda Azərbaycanda indiyə qədər məzhəb və din zəmnində hər hansı bir problemin olmamasının özü Azərbaycanda olan bu münasibətlərin dünyaya təqdim edilməsini zəruri edir.

Verilişin tam versiyasını buradan izləyin: