"Lider TV-nin "Dostlar, bizi unutmayın verilişinin növbəti buraxılışı yayımlanıb.
Unikal.org-un məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artist Razi Şükürov olub.
R.Şükürov sənətindən, şəxsi həyatından söhbət açıb:
Bu sənət çox çətin və ağırdır. Xanəndəlik sənəti elədir ki, 10-20 il yaxşı oxuyarsan, hamı səni sevər. Amma 20 ildən sonra pis oxusan, səni bəyənməzlər. Ona görə də bizim sənət çətindir. Rəhmətlik atam mənim ifaçılıq qabiliyyətimi bilmirdi. Sonradan ona dedilər ki, Razi oxuyur. Atam da dedi ki, istəmirəm ki, sən oxuyan olasan. Dedi ki, bu sənət cavanlığı sevir. 40-50 yaşına qədər kişiyə pul lazım deyil. Çünki kişinin özü puldu. Amma 50-dən sonra yaşamaq üçün pul lazımdı. Müğənniləri də 50 yaşdan sonra toya aparmırlar ki, qocalıb. Bütün bunlara baxmayaraq, mən xanəndəlik sənətini seçdim.lent.az