Sumqayıtda M.Ə.Rəsulzadə adına kitabxana-filialda ötən ilin aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan övladlarımızın xatirəsinə həsr olunmuş "Vətəni canından əziz tutanlar" adlı anım tədbiri keçirilib.

Unikal.org-un məlumatına görə, tədbirdə aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundov və Murad Məmmədovun ailə üzvləri, Azərbaycan Silahlı Qüvvələrinin veteranları, ehtiyatda olan gizirlər Natiq Mehdiyev, Ülfət Həsənov, aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan zabit Hikmət Məmmədov, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Vüsal Hətəmov, şairə Günel Eyvazlı, mədəniyyət müəssisələrinin kollektivi,14 saylı tam orta məktəbin şagirdləri və kitabxananın oxucuları iştirak ediblər.
Tədbir şəhidlərin ruhu bir dəqiqəlik sükutla başlayıb. Aprel döyüşlərindən bəhs edən videoçarx izlənilib.
Kitabxana-filialın müdiri Ofelya Qafarova çıxış edərək aprel döyüşlərinin xronikası və Azərbaycan ordusunun qələbələri haqqında məlumat verib. O. Qafarova qeyd edib ki, Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağının, torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyinin, daim döyüşə hazır olduğunun sübutu olan Aprel qələbələri ordu-xalq birliyini bir daha bariz şəkildə nümayiş etdirib.
Çıxışlarda aprel döyüşlərində Azərbaycanın münaqişə ilə bağlı yekdil və sərt mövqe ortaya qoyduğunu və cəmiyyətdə döyüş ruhu və qələbə əzmi yarandığını diqqətə çatdırılıb. Vurğulanıb ki, məhz şəhidlərin canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.
Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.
Sonra tədbir iştirakçıları Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sumqayıtda "Vətəni canından əziz tutanlar" adlı anım tədbiri keçirilib -FOTO