Millət vəkili Fazil Mustafa Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselə 400 min dollarlıq toy etməsinə münasibət bildirib.

O, Unikal.org-a açıqlamasında qeyd edib ki, aşağı vəzifələr iki cür olur: 

"Biri var sadə idarə rəhbəri, biri də var lift idarəsinin rəhbəri. Özünüzdə görürsüz ki, lift hər zaman qalxan olur. Deməli bu qurumun rəhbəri də yüksək təbəqəli məmur sayılır. Ona görə də təşkil etdiyi mərasimin də qiyməti baha olmalıdır. 400 min hələ azdır və bu daha çox olmalıdır. Sözügedən məmur düzəltdiyi liftlərlə nə qədər mərtəbə qalxırsa, o qədər də pul xərcləmək haqqına sahibdir.-deyə o, satirik münasibət göstərib.

F.Mustafa qeyd edib ki, kiminsə xeyir işinə qarışmağı ümumiyyətlə düzgün saymır: "İnsanlar gərək təvazökar və sadə olsun. Bu formada xeyir məclislərinə yanaşmaq həqiqətən də üzücüdür. Nə olar imkanın var? Məmurlar da gərək bunu nəzərə alsınlar. Ümumiyyətlə bu cür təmtəraqlı mərasimlərin keçirilməsini yanlış hesab edirəm. Bu baxımdan da bu məsələnin ictimayyələşdiriməsi başqalarına da bir ibrət olar ki, bunu təkrarlamasınlar.

"Bakı Lift İdarəsinin baş direktoru əmək haqqısı bu cür toy etməyə çatırmı? sualımıza isə millət vəkili belə cavab verib: 

"Ölkədə məmur maaşı o qədərdə yüksək deyil. Hər halda 1000 manatdan çox olmaz. Bakıda liftlərin bərbad vəziyyətdə olduğunu nəzər alıb bu məsləni parlamentdə qaldırmaq olar.