Milli Televiziya və Radio Şurası (MTRŞ) qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaların adlarını açıqlayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Toğrul Mirzəzadə deyib. 

O, bildirib ki, "Qaraxan MTK, "Metronet MTK, Bakıxanov MK MMC və "Aytac MTK lisenziya olmadan, qeyri-qanuni fəaliyyət göstərir.

T. Mirzəzadə qeyd edib ki, qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaların adları aidiyyəti dövlət orqanlarına təqdim olunub.