Bir müddət əvvəl Türkiyədə xəstəxanaların birində pariksiyon xəstəliyi ilə əməliyyat olunan Azərbaycanlı müharibə veteranı Ramil Ələsgərov həkimləri şoka sala biləcək addım atıb.

Unikal.org xəbər verir ki, yeriməkdə çətinlik çəkən, kiçik addımlarla, həyat yoldaşının köməkliyi ilə hərəkət edən Türkiyədə təyyarə ilə gəlib beyin əməliyyatı olan 39 yaşındakı parkinson xəstəsi Ramil Ələsgərov bu dəfə xəstəxanaya 36 saatlıq bir avtobusla müayinəyə gedib.

Qazinin bu addımı türk həkimlərini və mətbuatının təəccübünə səbəb olub.

Yüzyıl Universiteti Gaziosmanpaşa Xəstəxanası Nevrologiya Mütəxəssisi Dr. Ülkü Figen Demir xəstənin avtobusla Azərbaycandan Türkiyəyə gəlməsini təccüblə və sevinclə qarşılayıb:

"Bu elə bir xəstəlikdir ki, hər adam sağalmaq şansı olmur. Amma Ramil Ələsgərov bunu bacardı. Artıq xəstəmiz özünü çox yaxşı hiss edir. Elə bu səbəbdən onun avtobusla Türkiyəyə gəlməsi buna bariz nümunədir. Xəstəmiz Ramil Ələsgərov Dağlıq Qarabağda döyüşlər zamanı yaralanıb. Qazi Ramil Ələsgərov bizə parkinson xəstəliyi diaqnozu qoyulmuş şəkildə müraciət etdi. Bu xəstəliyinə bağlı almış olduğu müalicələrdən fayda görməyərək biz cərrahi müdaxilə etdik. Gəldiyi zaman yoldaşının qoluna girərək, ancaq çox kiçik addımlar ata biləcək qədər çətin bir vəziyyətdəydə idi. Hazırda isə 36 saatlıq bir avtobus səfəriylə, tək başına Azərbaycandan gələ biləcək vəziyyətdə. Bu bizim üçün də gözəl bir nəticədir.

Qeyd edək ki, Qarabağ qazisinin bu addımı Türkiyənin bir sıra məşhur xəbər saytlarının üz qabığında yer alıb.