Paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar əvvəldən müəyyən edilən sxem üzrə hərəkət edirlər. Yəni təmirlə əlaqədar edilən müvəqqəti dəyişiklik ləvğ edilib.