Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoritet "Lotu Quli ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə sübutların tədqiqi mərhələsi başa çatıb.
Hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəməsi üçün söz verilib. F.Nağıyev məhkəmədən çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi aprelin 26-da davam etdiriləcək.
Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.