CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 55,02 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,56 dollar/barel azdır.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 54,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 19-da 51,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 19-da 52,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel azdır.