"Tərtərdə fəaliyyət göstərən bütün dövlət qurumları əhalinin yanındadır".
Unikal.org xəbər verir ki, bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
Onun
sözlərinə görə, qoşunların təmas xəttində yaşanan gərginlik əhalinin
psixologiyasına heç bir mənfi təsir göstərməyib: "Heç bir panika yoxdur.
Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir.
Biz ordumuza görə hər şeyə hazır olmalıyıq. Ali Baş Komandanın bütün
diqqəti ordunun üzərindədir. Tərtərin vətənpərvər gəncləri var. Hər bir
Azərbaycan vətəndaşı öz dədə-baba topağına qaytarmaq, oranı qorumaq
istəyir"