Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində aprelin 20-də Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası və Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri arasında görüş keçirilib.
Nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin
yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, dövlət
başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. Qeyd
olunub ki, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər ölkələrimiz arasında əlaqələrin
genişləndirilməsində mühüm rol oynayır, kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu,
təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Nazir Şahin Mustafayev mövcud imkanlardan
səmərəli istifadə etməklə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb,
müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Dubay Ticarət
və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin 2012-ci ildə Bakıda açıldığını vurğulayan Şahin
Mustafayev BƏƏ-yə ticarət nümayəndəsinin təyin olunması və ticarət evinin açılmasının
mümkünlüyünü bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan
bin Səid Əl-Mansuri ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla
inkişaf etdiyini, Azərbaycanın geniş tərkibli nümayəndə heyəti ilə Dubaya səfərinın Azərbaycanın da
əlaqələrin genişləndirilməsinə marağının göstəricisi olduğunu vurğulayıb.
BƏƏ tərəfi Azərbaycan məhsullarının bu ölkəyə ixracını dəstəklədiyini vurğulayıb, BƏƏ-yə təyin
ediləcək ticarət nümayəndəsinə və bu ölkədə Azərbaycan ticarət evinin açılmasına dəstək
göstəriləcəyini bildirib.
Hökumətləarası Komissiyanın iclasında və nazirlərin görüşündə bir daha vurğulanıb ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏƏ-nin mövqeyi dəyişməzdir, BƏƏ
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Qeyd olunub ki,
İslam Əməkdaşlıq Təşkilatının 2016-cı ilin oktyabrında Daşkənddə keçirilmiş xarici işlər nazirlərinin
43-cü sessiyasında üzv dövlətlərə Dağlıq Qarabağ regionu daxil olmaqla, Azərbaycanın işğal
olunmuş ərazilərində istehsal edilmiş məhsulların onların ərazilərinə idxalına, ixracına və satışına,
eləcə də bu ərazilərdə şirkətlərin iqtisadi fəaliyyətdə iştirakına yol verilməyəcəyi barədə çağırış əks
olunub.
İclasda həmçinin, ölkələrimiz arasında əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın
fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında zəruri müqavilə-hüquqi bazanın yaradıldığı
qeyd olunub. BƏƏ tərəfindən Azərbaycana 778,1 mln. dollar, Azərbaycandan BƏƏ-yə isə 284,4
mln. dollar investisiya qoyulub. Azərbaycanda 255 BƏƏ şirkəti qeydiyyata alınıb. Hazırda Bakı-
Dubay və Bakı-Şarjah aviareysləri fəaliyyət göstərir, Abu Dabi-Bakı reysinin də açılması nəzərdə
tutulur. Diqqətə çatdırılıb ki, viza rejiminin sadələşdirilməsi və "ASAN Vizanın tətbiqi nəticəsində
son 2 ildə BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb. Azərbaycan-BƏƏ Biznes
Şurasının fəaliyyətinin aktivləşdirilməsi, ticarət məlumatlarının mübadiləsi də əlaqələrin
genişləndirilməsində əhəmiyyətli ola bilər.
Azərbaycandan BƏƏ-yə bir sıra kənd təsərrüfatı (fındıq, pomidor, xurma, alma, albalı, gilas, xiyar,
tütün, şokolad, üzüm və s.), sənaye (alüminium plitə, borular, elektrik naqilləri və s.), həmçinin kimya
məhsulları ixrac oluna bilər. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə artıq bu ölkəyə
Azərbaycan iş adamlarından ibarət ixrac missiyası göndərilib, Azərbaycan məhsulları vahid ölkə
stendi ilə Dubayda nümayiş olunub. Ümumiyyətlə, son 10 ildə Azərbaycan və BƏƏ iş adamlarının
iştirakı ilə 20 tədbir keçirilib. Azərbaycan şirkətləri "Dubay Expo-2020 Sərgisinə də dəvət edilib.
Həmçinin, BƏƏ investorlarının iştirakı ilə Azərbaycanda yeni emal müəssisələri yaradılması, BƏƏ iş
adamları tərəfindən ölkəmizdə yaradılan sənaye parkları və zonalarına investisiya qoyulması
müzakirə olunub.
Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi,
ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclasının yekunlarına
dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan
Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat
naziri Sultan bin Səid Əl-Mansuri imzalayıb. Protokolda sənaye, energetika, bərpa olunan enerji,
kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, ticarət, investisiyalar, ətraf mühit, turizm,
mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.