Dünya birjalarında neftin qiyməti 1 dollardan çox ucuzlaşıb.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 1,09 dollar ucuzlaşaraq 49,62 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti isə 1,03 dollar azalaraq 51,96 dollar olub.