Məlum olduğu kimi, hər il 24 aprel erməni millətçiləri tərəfindən qondarma "erməni soyqırımının il dönümü kimi qeyd olunur.Ermənilər bu qondarma soyqırımın I Dünya müharibəsi zamanı Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə türklər tərəfindən məhv edildiyini iddia edirlər.

Erməni millətçiləri "uydurma soyqırımının təbliğini dünya ölkələrində apararaq bu günə kimi onlarla dövləti bu qondarma soyqırımın həyata keçdiyinə inandırmışlar. Dünya ölkələri arasında "uydurma soyqırımı tanıyan ilk ölkə isə Uruqvay olub.
Erməni diasporunun apardığı təbliğat nəticəsində hətta dünya ölkələrinin bir neçə prezidenti, vitse prezidenti, baş nazirləri, spikerləri və digər rəsmiləri Yerevanda erməni soyqırımına həsr olunan "Sisernakaberd memorial kompleks abidəsini ziyarət ediblər.
erevan6002
Qeyd edək ki, son illər Türkiyə ilə Misir arasında yaşanan gərginlikdən yararlanan erməni millətçiləri paytaxt Qahirə və digər şəhərlərdə tədbirlər keçirir, qondarma soyqırma abidə qoymağa müvəffəq olublar. Məsələ ilə bağlı Aktor.Az-a danışan "Misirdəki Azərbaycan Diasporası təskilatının sədri Ramil Niftalıyev bu faktları təsdiqləyib.
Onun sözlərinə görə, son siyasi proseslərdə Ankara ilə Qahirə arasında yaşanan gərginlik erməni millətçilərini əməllicə aktivləşdirib:
"Sözsüz ki, Misirlə Türkiyə arasında yaşanan böhran erməni millətçilərini qondarma soyqırımla bağlı təbliğatlarını genişləndirib.Onlar bu fürsətdən maksimum yararlanırlar.Bilirsiniz ki, bir neçə il öncə Misirin rəsmi strukturları ölkənin daxili işlərinə qarışdığını iddia edərək, Türkiyə səfirini ölkədən çıxarmışdılar. Bu boşluqdan yararlanan ermənilər qondarma soyqırımın 100 illiyində bir neçə məkanda, o cümlədən İskəndəriyyədə abidə qoymağa müvəffəq oldular.Türklər nə qədər çalışsalar da bunun qarşısını ala bilmədilər.Çünki səbəb ermənilərin hakim olduğu yerlərdə əsasən xristianların çoxluq təşkil etməsiydi.Bu da, onlara böyük şanslar verdi.
1
Diaspor təşkilatı rəhbəri Misirlə Rusiyanın yaxınlaşmasının da ermənilərin işinə yaradığını diqqətə çatdırıb. Əlavə edib ki, hazırda Rusiya Mədəniyyət Mərkəzinin rəhbəri də məhz ermənidir.
2
Amma bütün bunlara baxmayaraq, Ramil Niftalıyev həm rəhbəri olduğu diaspor təşkilatının, həm də Azərbaycanın Misirdəki diplomatik korpusunun ermənilərin fəaliyyətinə qarşı ciddi müqavimət göstərdiyini və onların əsassız iddialarını üzə çıxardıqlarını əminliklə vurğulayıb. Tərəflərindən Qahirə Unversitetində erməni mərkəzinin bağlandırlmasına nail olmağı nümunə kimi göstərib.
13119810_1775684432661500_7761317082824486583_o
Təşkilat sədri bildirib ki, Azərbaycan reallıqlarının, ölkəmizin üzləşdiyi torpaq probleminin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin Misir ictimaiyyətinə çatdırılması ilə bağlı geniş işlər görülür. Bunun məntiqi nəticəsi kimi yaxın günlərdə "Misirdəki Azərbaycan Diasporası təskilatının yeni ofisinin açılışı olacaq.