Cari ilin may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi və son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axınını nəzərə alaraq SMPDK tərəfindən "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar standartının tətbiqi ilə bağlı işlər sürətləndirilməkdədir.

Unikal.org xəbər verir ki, adıçəkilən standart haqqında geniş ictimaiyyətin, həmçinin respublikada turizm xidmətləri həyata keçirən subyektlərin, otellərin tələblər barədə məlumatlanmasını təmin etmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək.