Almaniya Potsdam Universitetinin azərbaycanlı xanım məzunu ilkə imza atıb.

Unikal.org-un məlumatına görə, Berlin Texniki Universitetinin doktorantura pilləsinə qəbul olunan Günel Babayeva Almaniyanın akademik birliyi olan KAAD təşkilatının 3 illik təqüdünü qazanıb. O, adıçəkilən təşkilatın "Şərq proqramı çərçivəsində təqaüdünü qazanan ilk azərbaycanlıdır. G.Babayevanın dissertasiya mövzusunun əsas məqsədi Azərbaycanda Alman dilinin hazırki vəziyyəti, Alman dilinə artan maraq nəticəsində dil səviyyəsinin dövlət məktəblərində və universitetlərində ildən ilə aşagı düşməsi və bunun nəticəsidə alman dili öyrənənlərin sayının azalmasının hansı səbəblərdən baş verməsini tədqiq etməkdir. Həmyerlimiz bakalavr təhsilini Azərbaycan Dillər Universitetində alıb.

Qeyd edək ki, KAAD təşkilatı dünyanın əksər reqionlarından olan xristian dininə və ya istisna hallarda digər dinlərə mənsub olan gənc tədqiqatçılar, universitet müəllimləri, alimlər üçün 6 aylıq və uzunmüddətli (3 illik doktorantura təshili) təqaüdlər təqdim edən qurumdur. KAAD təqaüdlərindən, eyni zamanda maqistratura pilləsinin bir hissəsini Almaniyada davam etmək istəyən gənclər də yararlana bilərlər. Cənubi Qafqazdan (eyni zamanda Azərbaycandan) olan tələbələr, tədqiqatçılar və universitet müəllimləri "Osteuropaprogramm - Şərqi Avropa proqramına müraciət etməklə elmi fəaliyyətlərinin bir və ya tam hissəsini Almaniyada davam etdirə bilərlər.