Cəbhə xəttində düşmən tərəfinin atəşkəsi pozması onlara baha başa gəlib.

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri cəbhədə təxribat törətmək istəyən erməni ordusuna layiqli cavab verib. Belə ki, təxribat törətmək istəyən düşmən itki verərək geri çəkilib.
Nəticədə düşmən ordusunun 1997-ci il təvəllüdlü hərbçisi Narek Arutyunyan aldığı güllə yarasından hadisə yerində keçinib.

Qeyd edək ki, artıq Müdafiə Nazirliyi erməni təxribatı barədə ictimayyəti məlumatlandırıb. Nazirliyin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Nəmirli, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.