Milli Məclisin bu gün keçirilən plenar iclasında Ali Məhkəməyə yeni hakimin seçilməsi məsələsinə baxılıb.

Unikal.org-un məlumatına görə, Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb.

Millət vəkilləri Əziz Seyidovun Ali Məhkəmənin hakimi təyinatını təsdiqləyib.

Qeyd edək ki, Ə.Seyidov 2007-ci ilin aprel ayından Bakı Şəhər Prokuroru vəzifəsində çalışır.