Azərbaycan Milli Məclisinin foyesində siqaret çəkmək qadağan olunub.

Unikal.org-un məlumatına görə,  parlamentin foyesində zibil qutuları da yığışdırılıb.

Siqaret çəkilməsi üçün ayrıca yer ayrılıb.

Qeyd edək ki, ötən plenar iclasda çıxış edən deputat İlham Əliyev Milli Məclisin foyesində siqaret çəkilməsinin qadağan olunması təklif etmişdi.