Quba rayonunda orta məktəb müəllimi Ruslan Zərbalıyevin intihara cəhd etməsi barədə xəbər vermişdik. O, Qubada otellərin birində damarlarını kəsib.

İntihar edən müəllimin işlədiyi məktəbin direktoru İlqar Xələfov Unikal.org-a bildirib ki, Ruslan Zərbalıyev Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edib: 

"Ruslan müəllim xəstəliyi ilə bağlı məzuniyyətdə olub. Özü əslən Şamaxıdandır. Niyə intihar etdiyini deyə bilmərəm. Çox yaxşı, sakit insandır. Kollektivdə və şagirdlər arasında hörməti olan müəllimlərdəndir. Belə bir hərəkət etməsinə adamın inanmağı gəlmir. Çalışdığı kollektivdə hər kəslə yaxşı münasibəti var.