Baş nazir Artur Rasizadə "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydasında dəyişiklik edib.

Unikal.org xəbər verir ki, qaydalara 7 nömrəli əlavə - "Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 2.11-ci bəndi aşağıdakı redaksiyada veriləcək:

"2.11. sərnişin daşımalarını yerinə yetirərkən, bilet və ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək, sərnişinlərin biletsiz, yaxud ödəniş aləti ilə ödəniş etmədən aparılmasına, baqajın biletsiz daşınmasına yol verməmək, hərəkət cədvəlində nəzərdə tutulmuş başlanğıc, son və aralıq məntəqələrində gəlmə və çıxma haqqında qeyd etmək.