May ayında Azərbaycana 35 nəfərdən ibarət indoneziyalı iş adamlarının səfəri nəzərdə tutulur. 

Azərbaycan Sahibkarlar Konfederasiyasından unikal.org-a verilən məlumata görə, onlardan bir neçəsi ölkə iqtisadiyyatının inkişafında böyük rola malik olan dövlət şirkətlərinin nümayəndələridir. İndoneziya sahibkarları Azərbaycandakı iş adamları ilə əlaqələrini artırmaq, birgə investisiya layihələri həyata keçirmək istəyirlər.

2017-ci ilin ilk rübü üzrə statistikaya əsasən, İndoneziya iqtisadi inkişaf səviyyəsinə görə dünyada 3-cü ölkədir, "Böyük 20 likdə isə 16-cı yerdədir. Yaxın gələcəkdə isə ilk beşliyə düşməyi planlaşdırır. İqtisadi vəziyyətinə görə Cənub Şərqi Asiya ölkələri sırasına başçılıq edən İndoneziya son on ildə qızıl istehsalına görə dünya birincisidir.