Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov arasında telefon danışığı olub.

Bu barədə "Anadolu Agentliyi məlumat yayıb. Bildirilir ki, türkiyəli nazir Avropa Şurasının baş katibi Turbörn Yaqlandla da telefon danışığı həyata keçirib. Danışıq qarşı tərəfin istəyi əsasında baş tutub.