Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmə işləri aparılacaq.

Azərsu ASC-dən unikal.org-a verilən məlumata görə, Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılması ilə əlaqədar 01 may 2017-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. 

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.