Prezident İlham Əliyev "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, "Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

"İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri.