Bakıda iki rayonda dilənçiliklə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən paytaxtın Nərimanov və Səbail rayonları ərazilərində dilənçiliklə məşğul olduqlarına görə 20 nəfər saxlanılaraq barələrində protokollar tərtib edilib.