ABŞ-da nəvəsi ilə oyun oynayan baba bütün dünya mətbuatının üz manşetinə çevrilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, nəvəsiylə "Pie Face" adlı oyunu oynayan baba, sanki bir uşaq kimi oyunun verdiyi keflə o ki var gülür. Baba və nəvənin əyləncəli görüntülərini lentə alan nənə dərhal onu internetə yerləşdirib.

Bu görüntülər isə izləyənlərin marağına və hər kəsin gülüşünə səbəb olub.