Sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Görüntülərdə Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin, kimləsə evləndirsin. "Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.

Video sosial şəbəkələrdə mübahisəyə səbəb olub.

Unikal.org xəbər verir ki, mövzu ilə bağlı Heydər məscidinin Axundu Hacı Ələmdar A24.Az-a açıqlama verərkən qeyd edib ki, bəslində həqiqət belədir: Peyğəmbər Məkkkədən Mədinəyə hicrət edəndə mühacirlər çətin vəziyyətdə olublar. Köməkçilərin də bir neçə arvadı olub. Həmin vaxtlar onlar arvadlarını boşayardılar ki, mühacirlərlə evlənsin.

Axund bildoirib ki, kiminsə belə bir sözü deməyə haqqı yoxdur. "İslam dinində belə bir şey olmayıb. Müəyyən qurumlar çıxışın əvvəlindən və axırından bəzi hissələri kəsib belə bir video hazırlayıblar.

Qeyd edək ki, "kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin.
Bunu Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən deyib. O qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin, kimləsə evləndirsin. Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil. Azərbaycanda ailə quruluşunda çoxarvadlılıq yoxdur. Bu axund isə İranda dini təhsil alıb və islam dininə aidiyyatı olmayan çıxışlarla əhli-beyti başqa istiqamətə yönləndirir.