Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedovun fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" fəxri adı verilib.

Unikal.org-un
trend-ə istinadən məlumatına görə, fərmanda deyilir ki, fəxri ada Polad Bülbüloğlu dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə və Türkmənistan və Azərbaycan xalqları arasında əməkdaşlığa, İki ölkə arasında mədəni və humanitar sahələrdə dialoqun möhkəmləndirilməsinə, mahnı-musiqi sənətinin inkişafında uğurlarına və istedadına görə, layiq görülüb.