Bu gün "Bakı Metropoliteni QSC-nin Əhmədli stansiyasında intihara cəhdlə bağlı xəbər yayılıb.

Qurumun mətbuat xidmətinin rəisi Nəsimi Paşayev Unikal.org -a açıqlamasında bildirib ki, Xətai rayon sakini, 1947-ci il təvəllüdlü Qurban Cəbrayılov özünü relslərin arasında atıb: "Hadisə bu gün səhər 10:39 radələrində baş verib. Qatar maşinistinin operativliyi nəticəsində vətəndaş heç bir xəsarət almayıb. Q.Cəbrayılov ilkin izahatında bildirib ki, baş gicəllnəməsi nəticəsində müvazinətini itirib və relslərin arasında düşüb.

Həsən Babayev