Aprelin 30-da Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb.

Unikal.org xəbər verir ki, mərkəzdən verilən məlumata görə, imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

Eyni zamanda abituriyentlər Azercell mobil operatoru vasitəsilə 7727-yə iş nömrəsini göndərməklə nəticələrlə tanış ola bilərlər.