Dövlət Baytarlıq Xidməti (DBX) "Fresco"nun qarşısında avtomobil baqajında antisanitar vəziyyətdə ət doğranaraq arabaya yüklənməsi əls olunan video faktla bağlı araşdırmaya başlayıb.

Bu barədə Unikal.org-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov məlumat verib. Xidmət rəisi qeyd edib ki, ilkin versiyaya görə, sanitar qaydalar pozulub:

"Təbii ki, burada müəyyən sanitar qaydaların pozulaması halları var. Məsələnin araşdırılması üçün göstəriş vermişəm. İlk laraq ətin haradan gətirildiyi və hara aparıldığı ortaya çıxmalıdır. Araşdırma aparıldıqdan sonra mütəxəssislərin verdiyi rəyə əsasən qanunamüvafiq tədbirlər görüləcək.