Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,10 dollar bahalaşaraq 47,93 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,08 dollar artaraq 50,85 dollar olub.
"AzəriLayt markalı neftin bir barrelinin qiyməti isə 1 dollar bahalaşaraq 51,99 dollar təşkil edib.