Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə bu gün keçirilən depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən Unikal.org-a verilən məlumata görə, depozit hərracında tələb 612,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.