Bu gün IV İslam Hərməyliyi Oyunları çərçivəsində karate yarışlarının final mərhələsi başlayıb.
Unikal.org bildirir ki, qadın karateçilərin mübarizəsində tatami üzərinə 50 kiloqramadək çəki dərəcəsində Azərbaycan təmsilçisi Nuranə Əliyeva və indoneziyalı idmançı Srunitu Sukatendel çıxıb.
Görüş nəticəsində Nuranə Əliyeva qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.