Yunanıstanda Afina-Saloniki marşrutu üzrə hərəkət edən "Intercity" sərnişin qatarı relsdən çıxaraq yaşayış evinə girib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qatarda 100-ə yaxın sərnişinin olduğu və onlardan bəzilərinin xəsarət aldığı qeyd olunur.

Hadisə Bakı vaxtı ilə 22.40-da baş verib. Relsdən elektrovoz və beş vaqon çıxıb.

Hadisə yerində "təcili yardım" və yanğınsöndürmə briqadaları işləyir.