Böyük Britaniya polisi "şübhəli bağlama" aşkar edildikdən sonra Lids-Bradford beynəlxalq hava limanında evakuasiya elan edib.

Unikal.org-un  RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Daily Mail qəzeti xəbər verib.

Məlumata görə, evakuasiya nəticəsində bir çox təyyarə digər hava limanlarına yönəldilib, bəzi reyslər yubanıb. Hava limanına enən təyyarələrin sərnişinləri 1 saata yaxın təyyərin içində gözləməli olublar.

Hazırda hava limanı bağlanıb, hadisə yerində polis əməkdaşları işləyir.