Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən "Bir kəmər - bir yol" forumunun kuluarlarında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə söhbət edib.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Putin Türkiyə prezidenti Ərdoğan ilə qısaca danışıb. Bu yaxınlarda baş tutan Soçi dialoqunun davam etdirilməsi də söhbət mövzusu olub", - deyə Peskov jurnalistlərə bildirib.