Ermənistanın baş naziri Karen Karapetyan İrəvan şəhər merinə keçirilən seçkilərdə səs verib. O, səsvermədən sonra jurnalistlərin 2018-ci ildə baş nazir seçilib-seçilməyəcəyi haqda suallarını cavablandırıb.
Junlastlərdən biri 2018-ci ildən sonra Karapetyanın baş nazir vəzifəsində qalmaq istəyini bildirməsindən sonra yeni suallar yarandığını deyib.
Jurnalistin, "Bu, sizin öz istəyinizdir, yoxsa Serj Sarkisyanın və Respublika partiyası ilə müəyyən razılaşmaların nəticəsidir?" sualını Karapetyan bu şəkildə cavablandırıb: "2018-ci ildə hər şeyi görəcəksiniz"
Karapetyan, həmçinin parlament seçkilərindən sonra baş nazir kürsüsündə qalacağı ilə bağlı şübhələrə də aydınlıq gətirib.
"Heç bir şübhə yoxdur. Əgər bir şey dəyişərsə, həmin gün həmin sualı verərsiniz. İki gün öncə bu haqda öz müsahibəmdə bəyan etmişəm".