"Mançester Yunaytedin hücumçusu Ueyn Runi haqqında növbəti qalmaqallı xəbər çıxıb.

Oyunçu kazinoda bir gecədə 500 min funt-sterlinq uduzub.

Mançesterdəki qumarxanalardan birinə gedən Runi burada "blackjak və "rus ruleti oynayıb. Gecə boyunca bəxti gətirməyən futbolçunun məkandan çıxarkən az miqdarda sərxoş olduğu görülüb. Britaniyanın "The Sun nəşri bildirib ki, İngiltərə millisinin üzvü həyat yoldaşı və uşaqlarının Avropa səyahətində olmasından istifadə edərək əyləncəyə vaxt ayırıb.

Qeyd edək ki, Runi "Mançester Yunyetddə bir həftəsinə 300 min funt-sterlinq qazanır.