Qoç - iş hissiyatınız qüsursuzdur, sərfəli investisiyalar və uğurlu alışlar edir, gələcəkdə dəfələrlə yardım əllərini uzadacaq müttəfiqlər seçirsiniz. Səyahətə başlamaq üçün pis gün deyil. Ailə münasibətlərini mökmələndirmək, uzaq qohumlarınızı ziyarət etmək üçün münasibdir.
Buğa - gün xoş gözlənilməzlikdən daha çox çətinliklər gətirəcək. Həll olunmuş hesab etdiyiniz problem özünü xatırladacaq və onun düşündüyünüzdən daha çətin olduğu üxə çıxacaq.
Əkizlər - bundan sonra nə etməyin lazım gəldiyini aydınlaşdırmaq çətindir. Heç kim bu məsələdə tutarlı məsləhət verə bilmir. Yalnız öz intuisiyanıza bel bağlamaq qalır.
Xərçəng - ailədə qarşılıqlı anlaşmanın yoxluğu sizi məyus edəcək. Yaxınlarınızın yanında özünüzü narahat hiss edəcək, anlayışsızlıq və diqqətin azlığından əziyyət çəkəcəksiniz. Dostlarınız qəflətən planlarını dəyişə bilərlər və bununla barışmalı olacaqsınız.
Şir - hər şey istənilən qədər sadə və aydın deyil. Düzgün qərarlar qəbul etməkdə çətinlik çəkəcəksiniz. Sizi sevən və dəyərləndirən insaların məsləhətlərinə qulaq asmağınız yaxşıdır. Yeni tanışlıqlar arzuolunan deyil. Çünki çox tələsirsiniz və bəzən layiq olmayan insanlara etibar edirsiniz.
Qız - bəzi problemlər nüfuzlu şəxsin vaxtında müdaxiləsi ilə gözlənilməz dərəcədə tez həll olunacaq. İntuisiya və yumor hissi ailədə yetişən münaqişələrin qarşısını almaqda kömək edə bilər.
Tərəzi - bu gün sizi gözləyən görüş və tanışlıqların ciddi nəticələri olacaq. Təbii ki, bunu özünüz istəsəniz. Yeni romana hazırsınız? O zaman irəli!
Əqrəb - Əla gündür. Bu gün şən, şövqlü, gülərüzlü olacaqsınız. Ətrafdakılar sizin ritminizə uyğunlaşmağa və mənfi emosiyaları kənarda qoymağa çalışacaqlar. Yaradıcılıq potensialınız yüksək olacaq və ağlınıza qeyri-adi ideyalar gələcək. Odur ki, diqqət mərkəzində olmağa hazırlaşın.
Oxatan - çox əlverişli gündür. Bunu ətrafınızdakılar da hiss edəcək və uğurunuzu bölüşmək ümidi ilə yanınızda olmaq istəyəcəklər. Peşə sahəsində uğurlar, maddi vəziyyətinizin yaxşılaşması mümkündür.
Oğlaq - bir çox halda ailənin artan tələbatı ilə əlaqədar maddi çətinliklər yarana bilər. Hələlik sərt iqtisadiyyata ehtiyac yoxdur. Amma müəyyən vacib olmayan şeyləri almaqdan imtina etmək lazım gələcək.
Dolça - yeni nəsə öyrənirsiz və özünüzü yaxşı tərəfdən göstərmək imkanı qazanırsınız. Çətin vəziyyətlərdə özünü itirməyən, hər zaman dostlarına kömək etməyə hazır olanlar yeni müttəfiq və hamilər tapacaqlar.
Balıqlar - günün bir sıra xoşagəlməz özəllikləri var. Əvvəla, bu gün sizin nəzərdə tutduğunuz kimi keçməyəcək, şəraitə tez uyğunlaşmalı və gözlənilmədən yaranan probelmlərin həllini tapmalı olacaqsınız. Amma bunun da yaxşı tərəfləri var.