TRT televiziyasına yeni baş direktor təyin olunub.

Unikal.org report-a istinadən xəbər verir ki, bu vəzifəyə İbrahim Eren gətirilib.

O, bu təyinatadək TRT baş direktorunun müavini işləyib.

Qeyd edək ki, TRT-nin baş direktoru Şenol Göke mayın 12-də istefa verib.