Suriya-İordaniya sərhədində, qaçqın düşərgəsi yaxınlığında güclü partlayış baş verib.

Unikal.org-un xəbərinə görə, bu barədə "Əl-Mayadin" telekanalı məlumat yayıb.

İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində xeyli sayda ölən və yaralananlar var. Hadisənin təfərrüatları müəyyənləşdirilir. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.