Türkiyənin Adana şəhərində özünü Azərbaycanda təhsil alan "plastik cərrah kimi təqdim edərək evində bəzi vətəndaşların dodağını qalınlaşdıran saç ustası Soner G. Haqqında 2 fərqli cinayət əməlinə görə həbs qərarı verilib.

Unikal.org-un "Cnnturkə istinadən verdiyi məlumata görə, bu barədə Adana Cumhuriyyət Baş Prokurorluğunun açıqlamasında bildirilir.

Bəyanatda qeyd olunur ki, Soner G. 4 qadını aldadaraq onlardan külli miqdarda pul alıb: "Şübhəlinin evində və iş yerində aparılan araşdırmalar nəticəsində tapılan tibbi vəsait və cihazlar götürülüb. Soner G. həbs olunmağı tələbiylə Sülh Cəza Məhkəməsinə sövq edilib. O, fırıldaçılıq və uydurma həkim adı ilə insanları müalicə etdiyinə görə həbs olunub.(qafqazinfo.az)