Bu vasitə ilə siz bağırsaqların arasında yığılıb qalmış piylərdən və orqanizminizdəki şlaklardan azad ola bilərsiniz.
Stress, pis qidalanma, fiziki hərəkətsizlik, ekoloji amillər enerjinin azalmasına və tez-tez xəstəliklərin baş verməsinə səbəb olur. İllərlə orqanizmdə yığılıb qalmış toksinlər isə iltihabi xəstəliklərə və piylənməyə səbəb olur. Bunların baş verməməsi üçün ən azı ildə bir dəfə bağırsaqları detoksikasiya etmək lazımdır.
Detoksikasiyaya qədər nə etməli?
Unikal.org immunitet.az-a istinadən bildirir ki, detoksikasiyaya bir neçə gün qalmış qida rasionundan süd məhsullarını çıxarmaq lazımdır. Çünki süd məhsullarının çürüməsi zəif olur və onlar hoprmonlara, antibiotiklərə çevrilə bilirlər. Detoksikasiyadan bir neçə gün əvvəl ətdən hazırlanmış qidalardan da imtina etmək lazımdır. Əgər ət yemədən dayana bilmirsinizsə, o zaman toyuq və balıq ətlərindən istifadə edə bilərsiniz. Ətin, ət məhsullarının, süd və süd məhsullarının tərkibində dipoksin vardır ki, bu da orqanizmə toksiki təsir göstərə bilir. Detoksikasiyaya başlamazdan bir gün əvvəl yatmazdan qabaq bitki çayı içilir. Detoksikasiyaya bir neçə gün qalmış hazır satılan qidalardan istifadə etmək olmaz.
1. Səhər acqarına bütöv limon şirəsi sıxılmış 2 stəkan su içilir. Bu, sizin qaraciyərinizi toksinlərdən xaric edəcək.
2. Səhər yeməyi zamanı 1,5 stəkan ananas şirəsi içilir. Ananasın tərkibində bromelayn var. Bu, orqanizmdəki qidanı, zülalı və kollageni əvəz edə bilir. Bromelaynyoğun bağırsaqlardakı iltihabi prosesləri aradan qaldıra bilir və xərçəng hüceyrələrini məhv edir.
3. Səhər yeməyi ilə günorta yeməyi arasındakı məsafədə 1-1,5 stəkan yerkökü şirəsi qəbul edin. Yerkökünün tərkibi falkarinol birləşmələrdən ibarətdir. Bu birləşmələr qanı estrogenin və hormonların artıqlarından təmizləyir. Yerkökü şirəsinin tərkibində olan E vitamini həzm sistemi orqanlarının selikli qişasını sağlamlaşdırır.
4. Sonra tərkibində kalium olan şirə içilir. Bu şirə cəfəri, keşniş, yerkökü və ispanaq qarışımından hazırlanır.
5. Günorta yeməyi zamanı 1 stəkan sakitləşdirici çay içilir. Bu çay zəncəfil, itburnu və nanə yarpaqları ilə dəmlənir. Bu çay orqanizmin vitamin C-yə olan ehtiyacını ödəyir və immuniteti artırır. Çay stressin və bağırsaqlardakı spazmların da aradan qalxmasına yardım edir.
6. Yatmazdan 2 saat əvvəl 340 qram təzə çəkilmiş qırmızı yemişan şirəsi için.
Bu qaydanı 3 gün davamlı olaraq tətbiq eləmək bağırsaqlardakı toksinlərin və şlakların xaric olunmasına və bağırsaqlar arasında yığılıb qalmış piylərin əriməsinə səbəb olur.