Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində iki il ötür. Məlumat üçün bildirək ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət almışdı. Bu hadisədə təqsirkar, bir sıra məmurlarla yanaşı, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da ittiham edilirdi.
Unikal.org hadisə ilə bağlı Hacıbala Abutalıbovun indiyə qədər heç yerdə yayılmayan səs yazısını oxuculara təqdim edir. Həmin qeyddə şəhər meri baş verən hadisədən dərindən üzüldüyü və bu hadisənin onun yaddaşında ömrünün sonunadək faciə kimi qalacağını deyib.
H.Abutalıbov bu hadisə ilə bağlı neqativ məqamları qabardan jurnalistləri də qınayıb. O, fikrini belə izah edib: "Oturursunuz, pisləri axtarırsız. İnsan pislikləri axtarmaz. İnsan yaxşını axtarar. Hadisəyə gəlincə, mənim qanım illər keçsə də, yenə qara olacaq. Çünki hadisə zamanı dünyasını dəyişənləri mən qaytara bilməyəcəm. Gəlin, jurnalistlərlə birgə ölənlərə rəhmət diləyək və səbr edək. Burada dünyasını dəyişənlər öz vətəndaşımız, oğlumuz, qızımız, anamızdır. Bu gün heç olmasa, pis sözlər danışmayaq. Çünki ölənlərin ruhu bizlərlədir. Nə qədər ürək yumşaqlığı ilə danışaq, onların ruhunu dincəlməyə icazə verək.
H.Abutalıbov onun sözünü kəsən gənc qızın ünvanına da tənqidi ifadələr səsləndirib: "Dayan daa...Səbr elə. Siz 7 aylıqsız? Gənc qız hadisə ilə bağlı səbr edə bilmədiyini dilə gətirərək şəhər merinə cavab verib.
Abutalıbov isə cavab olaraq belə deyib: "Ona görə ki, sən 7 aylıqsan.